Azərbaycan Respublikasının Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ekologiya ilə bağlı qanunvericiliyində, proseslərin icrası üzrə Dövlət Qanun və Qaydalarında və ISO14001:2015, ISO45001:2018 Beynəlxalq Standartlarında qarşıya qoyulan bütün tələblərə sözsüz əməl etməyi;
Əməyin mühafizəsi və Ekologiya İdarəetmə Sistemlərinin inkişafına müsbət təsir edən bütün metodlardan istifadə etməklə müasir texnika və texnologiyaların ən son nailiyyətlərinin tətbiqinə nail olmağı;
İnsanların təhlükəsizliyinə, sağlamlığına, ətraf mühitə, avadanlığa və keyfiyyətə təsir göstərən bütün zərərli faktorların minimuma endirilməsinə, risk və imkanların idarəedilməsinə və təhlükəsiz iş mühitinin yaradılmasına nail olmağı;
İdarəetmə Sistemlərinin daimi inkişafını təmin etmək üçün işçi personalın davamlı olaraq maarifləndirilməsi, peşəkarlığının artırılması istiqamətində bütün vasitə və imkanlardan maksimum dərəcədə istifadə edilməsi, eləcə də işçilərlə məsləhətləşmələrin aparılması və onların iştirakının təmin edilməsi;
Şirkətimizin ən dəyərli varlığı olan işçilərimiz üçün təhlükəsiz və sağlam iş sahələri yaratmaq və daha da inkişaf etdirmək.