section background

Xidmətlərimiz

Hazırlıq işləri

Yatağın açılması – əsaslı mədən işlərinin görülməsi üçün hazırlıq işlərinin görülməsinə imkan yaratmaq məqsədi ilə yer səthindən yatağın müxtəlif sahələrinə nəqliyyat vasitələrinin girişinin təmin edilməsi işlərini həyata keçiririk. Açıq üsulla yatağın əsaslı işlənməsi zamanı maili səngərlər, yeraltı işləmələr və s., hazırlıq işlərində isə kəsik xəndəklər və çuxurlar açırıq. Yatağın istismara hazırlanması – səthin təbii və süni maneələrdən təmizlənməsi və mədənin (şaxtanın) qurudulması üzrə kompleks işlər görürük. O cümlədən, mədənin istismar müddəti bitdikdən sonra rekultivasiya işlərinin həyata keçirilməsi üçün səthdən münbit torpaqların daşınması və xüsusi ayrılmış yerlərə yığılması işlərini də həyata keçiririk