section background

Qazma və partlayış

service_img

Sifarişçi şirkətlə birlikdə quyuların qazılması üçün topoqrafik ölçülərin aparılması, sifarişçi şirkət tərəfindən quyuların dərinliyi və diametri göstərilməklə bayraqlama və quyuların nömrələnməsi işlərinin həyata keçirilməsindən sonra xüsusi qazma avadanlıqları (Atlas Copco, Furukavva) ilə quyuların qazılması, qazılmış quyulardan laborator analiz üçün nümunələrin götürülməsi işlərini icra edirik

Laborator analizlərin nəticələrinə uyğun olaraq əvvəlcədən qazılmış müvafiq quyulara partlayıcı maddələrin doldurulması, ərazidən texnikaların və işçi qüvvəsinin təxliyyə edilməsi və təhlükəsiz əraziyə yerləşdirməsi, mühafizə və SƏTƏMM əməkdaşları tərəfindən ərazinin təkrar yoxlanması və təhlükəsizlik tədbirlərinin qörülməsi, sahədə partlayış işlərinin həyata keçirilməsi, təftiş edilməsi üçün əraziyə baxış keçirilməsi, labarator analizlərin nəticələrinə uyğun lentləmə işlərinin görülməsi, təxliyyə olunmuş texnikaların və işçi qüvvəsinin mədən ərazisinə qayıtması və daşıma işlərinə başlaması işlərini icra edirik