section background

Geologiya işləri

service_img

“Azeri Mining Group” MMC ölkə ərazisində ehtiyatları faydalı qazıntı yataqlarının balansına qəbul olunmuş mineral resursların, yataqlara bitişik sahələrin geoloji cəhətcə daha dəqiq öyrənilməsini, ehtiyatlarının və proqnoz resurslarının dəqiqləşdirilməsini həyata keçirir.

Bundan başqa “Azeri Mining Group” MMC təbii və antropogen fəaliyyət nəticəsində yer səthində baş verən ekzogen geoloji prosesləri öyrənir, onların ətraf mühitə təsirini qiymətləndirir və təbiətə təcili yardım məqsədli tədbirlər planının hazırlanması üzrə geoekoloji tədqiqatlar aparır.

“Azeri Mining Group” MMC faydalı qazıntı yataqlarında (filiz, qeyri-filiz və tikinti materialları yataqlarında) istismar işlərinin aparılmasını da həyata keçirir. Yataqlarda hasilat işləri dağ işlərinin inkişafı planına və mədən vahidinin işlənməsi layihəsinə uyğun şəkildə aparılır.

“Azeri Mining Group” MMC-də peşəkar geoloqlar vardır.